7 янв. 2019 г.

Azərbaycanda universitet rektoru vəfat edib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Azadpress.az xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.

Çingiz Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi başlayıb. Biliyi və bacarığı hesabına qısa vaxtda kapitan vəzifəsinədək yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan kapitan kimi 5 il işləyib.Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.Azadpress.az