1 февр. 2021 г.

ABŞ terrorçu PKK-ya yardımlarını bərpa etdi

ABŞ-da Co Bayden administrasiyası PKK/YPG terror qruplaşmasına son günlər ümumilikdə 240 TIR hərbi yardım göndərib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzet bildirib ki, Bayden hakimiyyətə gəldikdən sonra Vaşinqtonun PKK/YPG-yə dəstəyində ciddi artım müşahidə edilir.Hələ ki, məsələ ilə bağlı rəsmi Ankaradan açıqlama verilməyib.

Azadpress.az