6 авг. 2020 г.

Azərbaycanda Məhərrəm ayı başlayır

Bu il Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayacaq.

Azadpress.az  xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) hazırladığı təqvimdə öz əksini tapıb.

Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

Qeyd edək ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.