22 июля 2020 г.

Azərbaycanda pulsuz Wi-Fi və mini barı olan dayanacaq quraşdırılıb

Azərbaycanda ilk dəfə bio smart avtobus dayanacağı quraşdırılıb.  

Azadpress.az xəbər verir ki, dayanacaq İsmayıllı rayonunda yerləşir. 

Onun əsas üstünlüyü pulsuz vayfayı , təhlükəsizlik kamerası, dezinfeksiya duşu, mini barı, zaryatka portu, usb girişinin olmasıdır. Dayancaq Günəş enerjisi ilə işləyir və 8 oturacağı var.