10 июля 2020 г.

Böyük Şor gölündə təmizləmə işlərinə başlanılıb

Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb. 

Nazirlikdən Azadpress.az-a verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır. Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır. Azadpress.az