3 авг. 2020 г.

Ermənistanda polis bölməsinə hücum olub

Hadisə Tavuş vilayətinin Berd şəhərində baş verib.

Azadpress.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan ordusunda xidmət edən gizir Berd polis bölməsinin həyətinə RQD əl qumbarası atıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, idarənin binasına ciddi ziyan dəyib.