21 сент. 2020 г.

Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqlədi VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ermənistana məxsus PUA-nın vurulmasını təsdiqləyib. 

Bu barədə nazirliyin facebook səhifəsində məlumat yer alıb.

Məlumatda bildirilir:

"Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır".

Azadpress.az