18 июня 2020 г.

Nursultan Nazarbayev koronavirusa yoluxub

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Azadpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, N. Nazarbayev özünü təcrid edib. Qeyd olunub ki, sabiq Prezidentin səhhəti ilə bağlı hər hansı narahatlıq yoxdur, o, distant rejimdə fəaliyyətini davam etdirir.

Azadpress.az