21 янв. 2021 г.

Prezident Baydenin ilk qərarları məlum oldu

ABŞ-ın yeni Prezidenti Cozef Bayden prezidentliyinin ilk günündə 15 sərəncam imzalayıb.
 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
 
Onlardan bir neçəsi:
 

- ABŞ-ın ÜST-yə qayıtması haqqında;
 
- Paris İqlim Sazişi çərçivəsində ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə qayıtması haqqında;
 
- Dövlət müəssisələrində məcburi qaydada maskalar istifadə haqqında;
 
- Yoxsulluqla bağlı vəziyyətin yaxşılaşdırmaq üçün tədbirlər haqqında;
 
- Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin ləğvi haqqında;
 
- Kanada ilə sərhəddə Keystone XL boru kəmərinin tikintisinin dayandırılması haqqında;
 
- Bəzi müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a giriş qadağasının ləğvi haqqında.

Azadpress.az