17 июля 2020 г.

Tokio olimpiadasının proqramı və məkanları təsdiqləndi

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını və keçiriləcəyi məkanları təsdiqləyib. 

"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarışın yeni cədvəli 2020-ci il versiyası əsasında təsdiqlənib. Yəni, təqvimdə hər hansı dəyişiklik edilməyib.

Tokio-2020 Yay Olimpiya Oyunları planlaşdırıldığı kimi 2021-ci il 23 iyul - 8 avqustda gerçəkləşəcək. Qərarlar IOC-un bu gün baş tutan 136-cı Sessiyasında qəbul edilib. 

IOC həmçinin idmançılarının qalacağı yerlər, mətbuat və teleyayım mərkəzləri ilə bağlı qərarını da açıqlayıb.

Qeyd edək ki, Tokio olimpiadası martın sonunda növbəti ilə təxirə salınıb.  Azadpress.az