14 июня 2020 г.

Şəhriyar Məmmədyarov BƏƏ turnirinin qalibi oldu

Birləşmiş Ərəb Əmirliklərinin Şərcah şəhərində təşkil olunan onlayn blits şahmat üzrə turnir başa çatıb.

Azadpress.az Apasport.az -a istinadən xəbər verir ki, 10 min ABŞ dolları mükafat fondu olan “World stars” turnirinin qalibi adına Şəhriyar Məmmədyarov yiyələnib.

Azərbaycan yığmasının lideri 10 mümkün xaldan 7,5 xal toplayıb. Hindistanlı Pentala Harikrişna 6,5 xalla 2-ci olub. İlk “üçlüy”ü polşalı Radoslav Voytaşek qapayıb – 6 xal.

Qeyd edək ki, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Amin Bassem (Misir) və Salem Saleh (BƏƏ) kimi tanınmış qrossmeysterlər də qüvvəsini sınayıb. Azadpress.az