Çavuşoğlu Livana gəldi, yerli türklərə dəstək oldu


Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu və Türkiyə prezidentinin müşaviri Fuat Oktay Livana səfər ediblər.


Azadpress.az Hurriyet-ə istinadən xəbər verir ki, Türkiyəli qonaqlar Beyrutdakı Türk məhəlləsini ziyarət edidb.


Məhəllənin sakinləri nümayəndə heyətini böyük coşqu ilə qarşılayıb. Sakinlər qarşısında çıxış edən XİN başçısı Türkiyənin onlara lazımi yardım etdiyini və bu yardımların davamlı olacağını deyib. Çavuşoğlu çıxışında onu da deyib ki, özünə Türk və Türkmən deyənlərə Türkiyə vətəndaşlığı verilə bilər.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.