Çimərliyə getmək istəyənlər bu qeydiyyatdan keçməlidir


Bakı şəhərində çimərliyə onlayn növbə tutduqdan sonra getmək mümkün olacaq.

Azadpress.az xəbər verir ki,onlayn növbə prosedurunu həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanıb, yaxın vaxtlarda istifadəyə veriləcək.

Saytda Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub.

Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan keçərək növbə tutmaq mümkün olacaq.

“Cimerlik.az” domeni Elektron Hökumətin İnkişaf Mərkəzinin direktor müavini Mehdi Cavadovun adına rəsmiləşdirilib.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.