top of page

“Öz yubileyimi Şuşada qeyd edəcəm”


“Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bayrağını öz ata-baba torpaqlarına, Dağlıq Qarabağa qaytarmaqla zəfər qazandı”.


Azadpress.az xəbər verir ki, bunu HafizTimes.com-a açıqlamasında yük daşımalarının həcminə görə Rusiyada hazırda ən nüfuzlu şirkətlərdən biri hesab edilən “Railgo”un İdarə Heyətinin rəhbəri, azərbaycanlı biznesmen Rəhman Xəlilov deyib.

Məşhur milyarder, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilov Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etməsindən bəhs edib: "Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, ikinci Qarabağ müharibəsi bizim şanlı qələbəmiz kimi tarixdə əbədi qalacaq. Mən bu bəyanatla tamamilə razıyam. Düşünürəm ki, ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bayrağını öz ata-baba torpaqlarına, Dağlıq Qarabağa qaytarmaqla zəfər qazandı. Güc və ağıl qalib gəldi" Rəhman Xəlilov, həmçinin Azərbaycan Ordusu tərəfindən azad edilən Şuşa şəhəri ilə bağlı arzusunu da ifadə edib: "Şuşanın erməni qoşunlarının işğalından azad edilməsi bizim, azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Şuşa tarixi və mədəni bir mərkəz olmaqla yanaşı, Dağlıq Qarabağın əsas şəhərlərindən biridir. Hamımız bilirik ki, bu ilin may ayında Şuşa ölkənin mədəniyyət paytaxtı elan edildi. Şuşanın böyük turizm potensialı var. Mən Şuşanın tərəqqisini ürəkdən arzulayıram. İnşallah gələn il öz yubileyimi də Şuşada qeyd edəcəm"


Hafiz Əhmədov


Comments


bottom of page