Təbriz Tibb Universitetinin rektoru doktor Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan vilayətində əhalinin təqribən 18 faizinin Covid-19 virusunu daşıdığını bildirib.
Tibb Universiteti və Səhiyyə xidmətinin rəhbəri həyata keçirilən testlərin nəticələrinə əsaslanaraq deyib ki, vilayətdə hər 100 nəfərdən 18-i bu virusa yoluxub.
Doktor Sominin sözlərinə görə, may ayının 28-ə qədər Şərqi Azərbaycan vilayətində testdən keçirilənlərin 8820 nəfərində Covid-19 infeksiyası aşkarlanıb:
“Daha əvvəl hər gün koronavirus səbəbindən 150-180 nəfər xəstəxanaya yerləşdirilirdi. Keçən 24 saatda isə vilayətlərin xəstəxanalarına yerləşdirilənlərin sayı 80 nəfər olub. Ölənlərin sayı da azalıb. Hazırda ölənlərin sayı hər gün ortalama 3 nəfərdir”. Azadpress.az
Comments