Azərbaycan Prezidenti İlham Əliyev Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Azadpress.az xəbər verir ki, sərəncama əsasən, Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.
Qarayev Əbülfəs Mürsəl oğlu 1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
Comments