Əbu Bəkr məscidi ilə bağlı qərar açıqlandı


“Əbu Bəkr məscidi hazırda Nərimanov bələdiyyəsinin balansındadır. Məsciddə minarələrdən birinin uçma təhlükəsi var və insanların təhlükəsizliyi üçün oranın fəaliyyəti mümkün deyil”.

Azadpress.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O əlavə edib ki, hazırda məsciddə araşdırma aparılır: “Araşdırmalar yekunlaşmaq üzrədir, rəylərə baxılır. Minarənin uçma təhlükəsi nəzərə alınaraq orada ayinlərin keçirilməsi tam dayandırılıb. Bununla bağlı fikir mübadiləsi aparılır.

Pandemiya dövründə orada işlərin aparılması mümkün deyil. Məsciddə zamanında fəaliyyət göstərən din xadimləri və vətəndaşların bir qrupu ilə söhbətlər aparılıb. Məsciddə təmir işləri əsaslı şəkildə həyata keçirilmədən hər hansı fəaliyyətin olması mümkün deyil”.

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.