Təəssüflər olsun ki, Vahid Əhmədov, siz Dağlıq Qarabağ, Şuşa məsələsində deputatları regionlara bölməyə cəhd etdiniz. Bu zalda əyləşən deputatlardan ermənilərə qarşı döyüşlərdə iştirak edən Elman Məmmədovdan tutmuş beynəlxalq təşkilatlarda ermənilərlə mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı hesab edir.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı birinci vitse-spiker Əli Hüseynli deyib.
"Hər kəs burada Qarabağın deputatıdır. Siz burada haqsız yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan, birmənalı olaraq bildirirəm, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, vitse-spikerlər Fəzail İbrahimli və Adil Əliyevlə birlikdə bu fikirlərlə razıdır. Azadpress.az
Comments