top of page

"Əlilliyi olan şəxslərin bir qismi pensiya və müavinat ala bilməyəcəklər"


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yenə də əlilliyi olan şəxsləri çətin vəziyyətdə qoyub.


Azadpress.az xəbər verir ki, bu sözləri Valideyn Hiamyəsindən Məhrum Olan Uşaq və Gənclərə Yaradım birliyinin sədri Zaur Seyidzadə deyib. O,facebook profilində belə yazıb:

" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yenə də əlilliyi olan şəxsləri çətin vəziyyətdə qoyub.Beləki, mərkəzi tibbi sosial ekspert komissiyasının adı dəyişdirilib agentlik olacağ, yaxın vaxtlarda. Və bununla da əlaqədar oranın əməkdaşlarına elektron kart veriləcək ki, bu sistemə daxil ola bilsin. Amma qeyd etmək lazımdır ki, elə əlilliyi olan şəxslər var ki, bir neçə aydı ki, tibbi-sosial ekspert komissiyasın keçə bilmirlər və əlilliyi təyin olunmayıb. Bundan sonra təyin olunsa da, bir neçə ay pensiya və müavinətlərin ala bilməyəcəklər, yəni ki, əlillik qrupu təyin olunmaması səbəbinə görə. Yenə də, burdan belə anlaşılır ki, çətin vəziyyətdə əlilliyi olan şəxslər qalır və qalacaq. Baxmayaraq ki, fors-major haldı, bir yandan təşkilatın struktur dəyişilməsi, bir yandan covid-19 vaxtı karantinin olması vətəndaşlardan asılı olmayan səbəblərdi. Ancaq yenə də əziyyəti, dediyim kimi əlilliyi olan şəxslər çəkir. Bu barədə də ətraflı, geniş video materialım olacaq"

Comments


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page