top of page

Ərdoğan Makrona dərs verərkən-FOTO


Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Fransa lideri Emmanuel Makronun “Bizim problemimiz Ərdoğanladır” sözlərinə reaksiya verib.

Axar.az xəbər verir ki, Qalın Tvitter hesabında Ərdoğanın Makronun çiyninə əlini qoyduğu fotonu paylaşıb.

O fotonun altından belə şərh yazıb:

“Sözü uzadıb, özümüzü yormayaq”.

Qeyd edək ki, Qalının paylaşdığı fotonun Yaponiyada G-20 sammitində çəkildiyi bildirilib. Ərdoğan foto çəkilən zaman Makrona Kipr məsələsi ilə bağlı fikirlərini söyləyib:

“Kipr məsələsindən danışmağa haqqın yoxdur. Burada mən danışaram, Yunanıstan, İngiltərə və Avropa Birliyi danışar. Amma sən danışa bilmərsən”. Azadpress.az

Comments


bottom of page