Putin və Ərdoğan Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.
APA-nın xəbərinə görə, Kremlin yaydığı məlumatda bildirilir ki, iki lider arasında bu gün telefon danışığı olub.
Comments