Azərbaycanlı atalar qızlarına dəstək oldular


11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müəssərliyi, cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir. Azərbaycanda da atalar qızlarına dəstək olmaq üçün sosial video çarxa çəkiliblər.

Video çarx qız övladlarının həyatlarında ataların danılmaz rolunu vurğulayır. Bu üsulla atalar qızlarının gələcəkdə üzləşə biləcəyi problemlərlə mübarizə apara bilməsi üçün onlara özünəgüvən hissini aşılamağa çalışırlar. Video çarx Əhali Fondunun sifarişi ilə "Naghiyev Studio" tərəfindən "Oscar Production"un dəstəyi ilə hazırlanıb. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.