top of page

Noyabr"Yaşıl ay"elan edildi


Azadpress.az xəbər verir ki, hər il olduğu kimi,bu il də Toyota “Green Month”-"Yaşıl ay" kampaniyası təşkil edib. Bu dəfə Toyota Azərbaycanın təşəbbüsü ilə Toyota Bakı Mərkəzinin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər. Salyan şossesinın Şıx qəsəbəsi ərazisində 50 şam ağaclaı əkiblər.

Qeyd edək ki, Toyota Motors Corporation hər ilin bir ayını “Yaşıl ay” elan edir. Bu il Noyabr ayı "Yaşıl ay" elan edilib.

“Yaşıl ay”ın əsas məqsədi təbiəti-ətraf mühiti çirklənmədən qorumaq, tükənən enerjilərə qənaət etmək, ətrafı zibilləməmək, ağac əkmək, yaşıllığı qorumaqdır. Toyota Bakı Mərkəzi də “Yaşıl ay” kampaniyasını hər il məmnuniyyətlə qeyd edir və kiçik də olsa, vacib məqamları xatırladır ki, işdə və evdə ətraf mühitə zərər verəcək hərəkətlərə yol verməyək.

Azadpress.az

bottom of page