Tanınmış rəssam Vüqar Muradovun "Xəzan" sərgisinin açılışı oldu


Azərbaycanın tanınmış boyakar rəssamı Vüqar Muradovun növbəti sərgisinin açılışı "Port Baku Mall"da keçirilib. Rəssamın "Xəzan" adlı sərgisində 20 dən çox yeni əsəri nümayiş etdirildi.Mövzuya uyğun olaraq sərgidə payız motivləri üstünlük təşkil edirdi. Sənətşünas Eldəniz Cəfərovun dediyinə görə, Vüqar Muradovun "Boş kölgələlər", "Ailə", "Sükut" əsərləri yüksək qiymətləndirilir.

"Boş kölgələr"i rəssamın yaradıcılığında yeni çalar adlandırmaq olar. Vüqar Muradov natürmortun kölgələrini şərti cizgi ilə göstərməklə boyakarlığın subkulturoloji istiqamətini göstərib. "Ailə" tablosu bir portret olaraq hər kəsin özünü,öz ailə qayğılarını göstərir."Sükut"da isə fasiləsiz dövr edən kəhkəşanın mərkəzində dayanan insandır. Sərginin vizit kartı olan "Xəzan" əsəri rəssamın "üzlər" üslubunun artıq yaşa dolmuş,kamilləşmiş əksidir.Bildiyimiz kimi,Vüqar Muradov gənclik dövründə "üzlər" üslubu ilə tanınıb,məşhurlaşıb. Bugünkü kolleksiyada yenidən "üzlər"in bir fraqmenti ilə payızı bir "Xəzan"la göstərmək böyük ustalıqdır",-deyə, Eləniz Cəfərov bildirib.

Qeyd edək ki,sərgi dekabrın üçünə qədər davam edəcək.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.