Naxçıvanda tanklar hərəkətə gətirildi(Video)


Azadpress.az Müdafiə Naziriyinə istinadən xəbər verir ki, komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonunun qoşunları fəaliyyətlərini davam etdirir.

Təyin edilmiş məntəqə və rayonlarda idarəetmə məntəqələri açılaraq qoşunların idarə edilməsi həyata keçirilib. İdarəetmənin bir məntəqədən digərinə ötürülməsi məşq etdirilib.Birləşmə və hissələrin komplektləşdirilməsi üzrə səfərbərlik tədbirləri qismən yerinə yetirilib. Komplektləşdirmə zamanı bəzi azsayılı ixtisaslı hərbi vəzifəlilərin çağırışı praktiki həyata keçirilib.Azadpress.az