top of page

İtaliyada Azərbaycan mətbəx festivalı təşkil olunub


İtaliyada birinci Azərbaycan mətbəxi festivalı keçirilib. Festival Azərbaycanın İtaliyadakı səfirliyi, Romanın “Baglioni Hotel Regina” mehmanxanası və İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azadpress.az xəbər verir ki, festivalın açılışı mərasimi “Baglioni Hotel Regina” mehmanxanasında olub, sonrakı günlər ərzində isə mehmanxananın “Brunello” restoranı Azərbaycan milli yeməklərindən ibarət menyu əsasında fəaliyyət göstərib.

Festivalda milli mətbəximizə aid müxtəlif təamlarla yanaşı, Azərbaycan şərabları, nar şirəsi, çay və digər məhsullarımız da təqdim olunub.

İtaliya mətbuatı indidən festivala böyük maraq göstərir və artıq bir sıra KİV-lərdə məlumatlar dərc olunub.Azadpress.az

bottom of page