Azadpress.az xəbər verir ki, Bakıda "Dərələyəz mahalım, Ağkənd elimdir" adlı kitabın təqdimatı olub.
Kitabın müəllifi Vaqif Səmədov Dərələyəzin “Səlim” çayı hövzəsində yaşayan insanların həyat tərzi, məşğuliyyəti, adət-ənənəlari haqqıda tarixi etnoqrafiq mənbələrə əsasən oxuculara geniş məlumat verib.
Vaqif Səmədovun dediyinə görə, kitabı hazırlayarkən bir neçə tarixi mənbələrə müraciət edib. Nəşrdə xalqımızı keçmişi və bu günü barədə də ətraflı məlumatlar, faktlar da yer alıb.18 ilin gərgin tətqiqatlarından sonra nəşr olunan kitabın ön söz müəllifi filoloq, təhsil işçisi Şəfiqə Cəfərovadır.
Kitabın təqdimatında Dərələyəz mahalının “Ağkənd” kəndinin sakinləri ilə yanaşı,“DƏRƏLƏYƏZ” qəzetinin kollektivi, Ələyəz, Hors, Sallı, Civə kəndlərinin sakinləri iştirak ediblər. Tədbirin aparıcısı “DƏRƏLƏYƏZ” qəzetinin müxbiri, şair, yazıcı Ələddin Əmirli olub.Azadpress.az