Atışma zamanı Tbilisidə 5 nəfər ölüb,4 nəfər yaralanıb(VİDEO)


Tbilisidə keçirilən antiterror əməliyyatı bitib.Azadpress.az-ın Tbilisidən əldə etdiyi məlumata görə, mənzildə qərarlaşmış silahlı şəxslərlə atışma zamanı Gürcüstan xüsusi təyinatlılarından daha 1 nəfər həlak olub,3 nəfər terrorçu öldürülüb.Xüsusi təyinatlılardan 4 nəfər yaralanıb.

Xatırladaq ki, günorta saatlarında əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə qumabara atan bir nəfər saxlanılıb.Gürcüstan DİN xüsusi təyinatlı dəstə üzvü isə başından aldığı güllə yarası nəticəsində klinikada vəfat edib.

Azadpress.az Apsny.ge saytına istinadən xəbər verir ki, tutulan terrorçunun kimliyi və hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, saxlanılan terrorçu xarici ölkə vətəndaşıdır: “O, Gürcüstan vətəndaşı deyil. Həmin şəxs xarici terrorçu qruplaşmanın üzvüdür".Terroçularla atışma nəticəsində qonşuluqdaki iki mənzildə yanğın başlayıb.

Terrorçular Kalaşnikov avtomatı və F1 əl qumbaraları ilə müqavimət göstərirlər.Azadpress.az