Lənkəran Peşə Liseyində kənd təsərrüfatı bilikləri praktiki iş bazası yaradılıb.
Lənkəran Peşə Liseyinin "Qaynaqçı" və "Fermer" Qruplarının şagirdləri liseyin həyətində iki kənd təsərrüfatı təyinatlı obyektlərun hazırlanmasını yekunlaşdırıblar. Lisey əməkdaşları və şagirdlər şəxsi təşəbbüsü ilə istixanalar hazırlayıb.Məktəbin digər qrupları da bu işdə fəal iştirak ediblər.Bundan sonra fermer qrupları kənd təsərrüfatı işlərini praktiki öyrənə biləcəklər.
Liseydən verilən məlumata görə,kənd təsərrüfatının inkişafı ölkə üçün bu gün əhəmiyyətıidir və bu istiqamətdə peşə təhsilinın əhəmiyətini artırır.Məqsəd Lənkəran Peşə Liseyində kənd təsərrüfatı istiqamətində biznes inkubator yaratmaqdır. Regionda bu sahədə təhsil almaq istəyənlər hüquqi müşaiyyət, metodika, praktiki biliklər əldə edib öz bizneslərini qura biləcəklər. Azadpress.az