Bu ilin yanvar-oktyabr ayında Azərbaycanda 437 nəfərdə HİV aşkarlanıb.Bu haqda Azadpress.az-a Respublika QİÇS-lə Mubarizə Mərkəzinin təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradovun deyib.
E.muradovun veridyi məlumata görə, həmin şəxslərdən 431-i, yəni 98,6%-i Azərbaycan vətəndaşı, 6 nəfəri isə əcnəbidir. Virusa yoluxanların 275-i, yəni 63,8%-i kişi, 156-sı qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanların sayı 50 nəfərdir.
E.Muradovun sözlərinə görə, bu il dekabrın 1-dək mərkəzdə 5549 nəfər İİV-lə rəsmi qeydiyyatdadır. Onlardan 71,4 faizi (3 962) kişi, 28,6 faizi (1 587) qadındır. QİÇS mərhələsində olanlar 1452 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı isə 861 nəfər olub.Azadpress.az