2018-ci ilin büdcəsi 21 milyarddan artıq olacaq


Azadpress.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

"Dəyişikliklərin ediləcəyi təqdirdə 2018-ci ilin dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,5 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılıb. Bununla əlaqədar 2018-ci ilin dövlət büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılaraq 920 milyon manata çatdırılır. Bu da cari il ilə müqayisədə 255 milyon manat və yaxud 21,7% azdır. Bu zaman büdcə kəsiri ÜDM-in 1,3%-nə bərabər olmaqla cari il ilə müqayisədə 0,4 faiz-bənd azalacaq. İcmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883 milyon manat və ya cari il ilə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə ilkin proqnoza nisbətən 1 milyard 737 milyon manat və ya cari il ilə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır. İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və ya 89% azdır. Növbəti il üçün icmal büdcənin kəsiri ÜDM-in 1,2% səviyyəsində proqnozlaşdırılır", - deyə nazir vurğulayıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.