BTQ ilə Bakıdan Mersinə gedən qatar geri dönüb


Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyədən Azərbaycana yola salınan ilk qatar artıq Bakıya çatıb.

“ADY Konteyner” AZERTAC-a bildirib ki,32 konteynerdən ibarət blok qatarı Mersindən Bakıya qədər olan məsafəni 4 günə qət edib. Konteynerlərdən 30-u Azərbaycan üçün nəzərdə tutulmuş yüklərdən ibarətdir. İki konteyner isə yoluna davam edərək Çinə yola salınacaq.

Qeyd edək ki, BTQ ilə hərəkət edən ilk qatar Qazaxıstanın Kokşetau stansiyasından oktyabrın 24–də yola çıxıb. Qazaxıstandan yola salınan 2–ci qatar isə artıq Gürcüstana çatıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.