Ermənilər Azərbaycan ordusunun güclənməsindən narahatdır


Ermənistan prezidenti,hərbi cinayətkar Serj Sərkisyan növbəti dəfə işğal altındakı Azərbaycan ərazilərinə gəlib. Azadpress.az Musavat.com-a istinadən xəbər verir ki, S.Sərkisyanın səfərinin “iki erməni respublikası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində” reallaşdırıldığı iddia olunur. Ancaq erməni KİV-lərinin yaydığı fotolardan görünür ki, məsələnin mahiyyəti əslində başqadır. Belə ki, Ermənistan prezidenti Qarabağa hərbi geyimdə gəlib. Üstəlik, o, Xankəndi şəhədində erməni ordusunun qərargahında hərbi komandanlığın, həmçinin baş separatçı Bako Saakyanın iştiraki ilə toplantı keçirib. Erməni mediası bunu ənənəvi, ilin sonunda keçirilən iclas kimi təqdim etsə də, həm Sərkisyan, həm də Saakyanın üzündəki təşviş işğalçı tərəfin narahatlığından xəbər verir. Qeyd edək ki, bu gəliş Minskdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasından dərhal sonraya təsadüf edib. S.Səsrkisyanın başılovlu Qarabağa gəlməsi təsadüfə oxşamır. Bundan əvvəl həmsədrlərin Ankarada Türkiyə Xarici İşlər naziri M.Çavuşoğlu ilə bir araya gəlməsi, daha sonra türkiyəli nazirin Bakıda keçirdiyi görüşlərdə Azərbaycanın maraqlarından çıxış edərək açıqlamalar verməsdi, həmçinin qardaş ölkənin Ermənistanla sərhəddə, Ağrı vilayətində PKK-ya qarşı əməliyyatlar keçirməsini xatırlatmaq lazım gəlir. Yeri gəlmişkən, Bakıda nazirlərin görüşündə Pakistan XİN rəhbəri də iştirak edib və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannaməyə imza atıb. Bütün bunlar isə işğalçı ölkəni narahat etməyə bilməz. Üstəlik, bu gün Azərbaycan müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirib. Dünən isə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Azərbaycan qırıcılarının cəbhəyanı bölgədə havaya qalxmasından sonra işğal zonasında hərbi təlimlər keçirən düşmən hərbçiləri özlərini yığışdırıblar. Mümkündür ki, Ermənistan rəhbərliyi son vəziyyəti müzakirə etmək üçün hərbi komandanlığı başına toplayıb.Azadpress.az