
Baş nazir Artur Rasi-zadə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanın icrası ilə bağlı bəzi qərarlarına dəyişiklik edib. Azadpress.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişiklikdə bildirilir:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 588, № 10, maddə 934; 2014, № 7, maddə 912; 2016, № 4, maddə 789, № 7, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-3-cü hissələrdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın;
1.2. həmin qərara 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin 2 Siyahısı”nın və 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”nın adlarından “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.Azadprrss.az