top of page

"Lexus" yeni modellərini Bakıda təqdim etdi-FOTOLAR


"Lexus Baku" bir gündə Lexusun üç yeni modelini təqdim edib.

Azadpress.az xəbər verir ki, dekabrın 8-də Elektra Hall-da baş tutan dəbdəbəli təqdimat mərasimində Yaponiyanın məşhur "Waidako Sai" və Rusiyanın "BandEros" qrupları çıxış edib.Təqdimatın aparıcısı tanınmış aparıcı Tural Əsadov olub.

Həmin gecədə çoxdan gözlənilən kupe "Lexus LC 500" təqdim olundu. 477 at gücü olan 10 pilləli ötürücü və 5L motorlu yeni Lexus LC 500 saatda 100 km sürəti cəmi 4.7 saniyəyə yığa bilir. Avtomobilin interyeri də olduqca komfortludur. Avtomobilin interyeri Yaponiyada xüsusi əl ilə yığma ustaları-Takomalar tərəfindən yığılıb.

Lexusun Bakıda təqdim etdiyi növbəti şedevri LX Sport modelidir.Restaylinq olunmuş benzin mühərrikli Lexus LX Sport idarəetmədə olduqca rahatdır. Yeni Lexus etibarlı ənənəvi platforma üzərində restayliq olunub. Dəyişkliklər eksteryerlə yanaşı interyeri də əhatə edir. Salonun havalandırması-sərinlik və istilik Lexus Climate konsyerj sistemində çalışır.Tədbiq olunan Offroad Turn Assist sistemi dönmə bucağını artırır, bu bir növ maşının yerində manevr etməsi ilə mümkün olur.Yolsuzluq şəraitində,məsələn uçurumlu yollarda bu sistem əvəzedilməzdir. Crawl Control və Multi Terrain Select sayəsində yeni Lexus LX Sport keçilməz yolları belə rahatlıqla keçib sahibini mənzil başına çatdıracaq.LX-də ətrafı 360 dərəcə nəzarətdə saxlamağa imkan verən və hətta maşının altını da göstərən kameralar quraşdırılıb.Ön hissədə “X” formalı radiator örtüyü,”L” formalı üçqat diod faralar və dinamik dizayn yeni Lexus LX-in zəhmli görkəmini formalaşdırır. Maşın yüksək dözümlü kontruksiya, 8 pilləli sürət ötürücüsü,5.7L motor və 367 at gücündədir.

Dekabrın 8-də təqdim olunan üçüncü model, şəhər krossoveri Lexus NX-dır.Bu model istehlakçıların arzularını və mütəxəssislərin xüsusi rəylərini nəzərə alaraq restaylinq olunub.Bu maşına baxdıqda belə demək olar:orta həcmli mühərriklə maksimum nəticə.NX nəinki Azərbaycanda,regionumzda populyar modeldir.Onu populyar edən kübar görkəmli SUV olmasıdır.Meqapolisdə rahatlıqla hərəkət edən NX, yolsuzluq şəraitinə də uyğunlaşır.Yeni modeldə AVS sport adaptasiya asqısı təkmilləşdirilib.Daha dəqiq idarəetmə üçün əlavə dempferlərlə təhciz olunub. Bu da asqının vəziyyətə görə dəyişməsinə imkan verir.Electro Multi Vision naviqasiya sisteminin yeni multimedia displeyi maşının idarəetmə panelinə xüsusi yaraşıq verir. Lexus NX-in qarışıq yanacaq sərfiyyatı 100 km-ə 7,9 Litrdir. Maksimum sürət isə 200 km/saat. 238 at gücünə malik turbo mühərrikli NX krossover yürüşə yeni həyəcan qatır.

Yeni Lexus modellərində yol nişanlarını tanıma və sürəti tənzimləmə sistemi mövcuddur.Bundan əlavə maneəhaqqında əvvəldən xəbər verən,toqquşmaların qarşısını alan Lexus Safety Systems-i də qeyd etmək lazımdır.Azadpress.az


bottom of page