top of page

Tbilisidə Leyla Əliyevanın “Canlı həyat” adlı sərgisinin açılışı olub – EKSKLÜZİV


Tiflisdəki Zurab Sereteli adına Müasir İncəsənət Qalereyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub.Azadpress.az GAXA-ya istinadən xəbər verir ki,sərgini keçirməkdə məqsəd ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirməkdir. Sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.Tədbiri Gürcüstan Mədəniyyət Naziri Mixail Giorqadze açıb. Sonra Leyla Əliyeva çıxış edib və sərginin keçirilməsi məqsədini açıqlayıb.Sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə açılıb. Sərgidə L. Əliyevanın 11 rəsm əsəri nümayiş olunub.

“Canlı həyat” (Live Life) adlı sərgi layihəsi London, Paris, Berlin və Moskvada da nümayiş etdirilib.

Sərgidə digər azərbaycanlı rəssamlardan Məryəm Ələkbərli, Aylel Heydərova, Timur Ozdəmirov, Rəhim Çopurov, Fidan Novruzova, Nailə Sultanın və gürcü rəssamlardan David Mçedlişvili, Oleq Timçenko, Giqa Kobidze və David Aleksidzenin rəsm əsərləri də nümayiş olunub. Layihənin kuratoru Herve Mikaelofdur.

Sərginin açılışında Gürcüstan dövlət və hökumət nümayəndələri, parlament deputatları, Azərbaycanın Gürcüstandakı səfirliyi, SOCAR rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Dekabrın 31-dək davam edəcək.Azadpress.az


bottom of page