Gürcüstanın azərbaycanlı meri sakinlərə tibbi xidmət paketi təqdim edib


Marneuli meri Temur Abazov bu il həyata keçirilən səhiyyə proqramından istifadə edən Marneuli sakinlərinə tibbi xidmət göstərilməsi məqsədilə zəmanət paketlərini təqdim edib.

Azadpress.az GAXA-ya istinadən xəbər verir ki,Marneuli merinə benefisiarların hər birinin sağlıq durumu barədə məlumat verilib. T. Abazov tibb yardım üçün müraciət edən sakinlərə sağlamlıq arzulayıb.

Bildirilib ki, 2017-ci ildə səhiyyə proqramı çərçivəsində Marneuli rayon icra hakimiyyəti tərəfindən 1358 vətəndaşa yardım göstərilib. Bu istiqamətdə yerli büdcədən 656 215 lari xərclənib. Müalicə və dərman yardımı üçün həyata keçirilən “Yardım proqramı” əsasında 460 aztəminatlı vətəndaş faydalanıb.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.