
İŞİD lideri Əl Bağdadı yəqin ki, sağ deyil.
Azadpress.az Yeni Şafak-a istinadən xəbər verir ki, Əl Bağdadi ötən ilin dekabrında Suriyadakı ABŞ bazalarından birinə ölümcül halda gətirilib.
Mənbə xəbər verib ki, ABŞ hərbçiləri onu İraqda xüsusi əməliyyatla yaralı olaraq ələ keçiriblər. Lakin onun vəziyyəti olduqca ağır olub və sağ qalma ehtimalı demək olar ki, yoxdur. Çox güman ki, Bağdadinin məzarının yeri gizlin saxlanılır. Azadpress.az