Almaniyada tibb işçisi 7 il ərzində çalışdığı klinikada xəstələri zorlayıb.
Azadpress.az Medicina.az-a istinadən xəbər verir ki, 41 yaşlı Sven E. cinayətləri 2009-2016-cı illərdə törədib. Məlumata görə, o, xəstələri tədqiqat məqsədilə sakitləşdirici dərman atmalı olduqlarına inandırıb. Sakitləşdirici qəbul edən pasiyentlər isə cinsi istismara məruz qalıb.
Hüquq-mühafizə orqanları cinayətin üstünü açdıqdan sonra tibb işçisi həbs olunub. O, çıxarıldığı məhkəmədə cinayətlərini etiraf edib. Sven E. 10 il müddətinə azadlıqdan məhrum edilib.Azadpress.az