Azərbaycanda biabırçı olay-Yol polisi Millimizin velosipedlərinə həbs qoydu


Velosiped İdmanı üzrə Milli yığmamızın üzvləri bazar günü yol polisi tərəfindəm saxlanılıb.

Bu haqda Azadpress.az-a Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi Pərviz Musayev xəbər verib.

O baş verən olayla bağlı belə deyib:"Velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin "Synergy Baku" kontinental klubunun üzvləri bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılıb"

Pərviz Musayev onu da bildirib ki,məşq prosesləri zamanı velosipedçilər və məşqçilər tərəfindən təhlükəsizlik qaydalarına hər zaman tam riayət olunur və mütləq şəkildə idmançıları federasiyanın avtomobilləri müşayiət edir. Bundan başqa, qrup şəklində məşqə çıxan velosipedçilər hər zaman "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun bütün tələblərinə riayət edirlər.Artıq bir neçə ildir ki, velosipedçilərimiz məşq prosesini məhz bu cür keçirlər və onların kütləvi şəkildə YPX tərəfindən cərimə meydançasına aparılması ilk dəfədir ki baş verir. İdmançılar 3 saat ərzində tərli vəziyyətdə cərimə meydançasında saxlanılb.

"Velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanıldı, velosipedçilər isə yola salındı. Gülməli burasıdır ki, velosipedlərin təhlükəsizliyinə zəmanət verilmir",-deyə,Musayev bildirib.Azadpress.az