top of page

Müğənni Elnarə Kamal Abdullanın şeirinə mahnı bəstələdi-VİDEO


Müğənni Elnarə Xəlilova növbəti dəfə özünü bəstəkar kimi sınayıb.

Azadpress.az xəbər verir ki, bu dəfə o, Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdullanın “Nar Çiçəkləri” şerlər toplusundan olan “Mən elə sizəm” adlı şerinə mahnı yazıb. K. Abdulla ilə Elnarənin iş birliyinin ərsəyə gəldiyi layihənin rəhbəri Yaqub Cavadovdur. Mahnını Emil Həşimov aranjeman edib.


bottom of page