top of page

Gürcüstanın azərbaycanlılar yaşayan Rustavi şəhərində yaşayış binası yanıb-Ölənlər var


Rustavi şəhərindəki “Meqobroba” prospektindəki yaşayış binasında gecə saatlarında yanğın baş verib.

Azadpress.az GAXA-ya istinadən məlumatına görə, alov birinci, dördüncü və beşinci mərtəbəyədək yayılıb. Məlumata görə, yanğın evin birinci mərtəbəsində başlayıb. Yanğın nəticəsində birinci mərtəbədə yaşayan yaşlı bir kişi, dördüncü mərtəbədə yaşayan gənc qadın və beşinci mərtəbədə yaşayan orta yaşlı bir kişi hadisə yerində ölüb. Bildirilib ki, binanın sakinləri tüstüdən boğularaq ölüblər.

Bu gün daha bir qadının xəsarət aldığı barədə xəbər yayılıb. Qadın yanğın zamanı özünü pəncərədən çölə atıb və nəticədə onun biləyi qırılıb. Xəsarət alan qadına cərrahiyyə əməliyatı edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, xilasedicilərin köməyi ilə yanğın baş verən binanın sakinlərini təxliyyə edilib. Yanğın söndürülərkən 25 nəfərdən çox insan, o cümlədən kiçik yaşlı uşaqlar xilas edilib.Azadpress.az


bottom of page