top of page

"Toyota Camry"nin yeni modeli yanvarda Bakıda satışa çıxarılacaq


ABŞ spesifikasıyalı Camry

Yeni,2018-ci il “Toyota Camry” artıq Azərbaycana gəlir.Toyotanın Azərbaycanda rəsmi dileri Toyota Bakı Mərkəzi yeni ildə bu modeli təqdim edəcək.

Toyota Bakı Mərkəzin PR mütəxəssisi Eldəniz Cəfərovun Azadpress.az-a verdiyi məlumata görə, Avropa spesifikasiyalı yeni,səkkizinci nəsil “Camry” gözləntiləri doğruldub. İlk baxışda xarizmatik,aqressiv,dinamik və bir qədər də yarış üslubunu özündə cəmləşdirən xarici görünüş-eksteryer nəzərə çarpır.

"Maşının interyeri tamamilə müasir və fərqlidir. Avtomobilin uzunluğu əvvəlikinə nisbətən bir qədər artıb və arxada əyləşən sərnişinlər üçün daha komfortlu olub.İdarəetmənin ön paneli müasir texnoloji avadanlıqa zəngindir.Eyni zamanda sürücü və sərnişinlərin təhlükəsizliyi maksumum nəzərə alınıb və 10 təhlükəsizlik yastlğı ilə təhciz olunub.Bu da öz növbəsində “Toyota”nın daima yenilənmək,yaxşılaşmaq konsepsiyasından irəli gəlir",deyə,mütəxəssis bildirib.

O,yeni”Camry”də birbirinə bağlı İki məqamı xüsusi qeyd edib:"Yeni modeldə TNGA (Toyota New Global Architecture) modul şassi idarəetmə sistemi quraşdırılıb. Toyotanın “Yeni Qlobal Arxitektura”sı həm də mükəmməl sükan sütunu deməkdir.Bu sistem Yaponiyanın aparıcı mütəxəssisləri tərəfindən uzun müddət sınaqdan keçirilib,başqa bir modeldə tətbiq edilmişdir. Və nəhayət, yeni “Camry” də tətbiq olunub. Bu,sükanın səviyyəsi bir qədər aşağı olmaqla,sürücü üçün daha optimal və rahat edir.

İkinci məqam isə, odur ki, yeni Dinamic Force Engine 2.5L həcmli mühərrik və 8 pilləli sürət ötürücüsü Direct Shift-8AT, “TNGA” layihəsinə uyğun olaraq hazırlanıb.Bu mühərrik daha yığcam və əvvəllkindən daha yüngüldür.Yeni mühərrik sərf olunan yanacağın faydalı iş əmsalını artıracaq. Bu zaman ümumi yanacaq sərfiyyatı 20% azalmaqla,mühərrik 10% daha güclü çalışacaq.Düşünürəm ki,”Toyota” bu mühərriki tətbiq etməklə avtomobil istehsalı sahəsində inqilabi nailiyyətə imza atıb. Bu yenilik artıq“Toyota Camry”də istifadə olunur.Avtomobilin digər göstəriciləri haqqında Bakıya gətiriləndən sonra mərkəzimiz trəfindən aparılan yerli “test-drive”dan fotolar yayacağıq və dolğun məlumat verəcəyik".Azadpress.az


bottom of page