Lənkəranda mənzillərə paylanılan elektron sayğaclar sakinlərə əziyyət verir


Lənkəranda son iki ildə 200-ə yaxın mənzillərə paylanılan smart kart tipli elektron sayğaclar əhalini əməlli başlı işə salıb. Bu problemlərdən ən əsası elektron sayğaclarda klapanların tez bir zamanda işləməməsi Lənkəran Regional Qaz İstismar idarəsi ilə vətəndaşları üz-üzə qoyub. Elektron sayğaclarda bir müddətdən sonra “mənfi kublarların” göstəriciləri ilə abonentlərin haqlı narazılıqlarına gətirib çıxarıb.

Lənkəran şəhəri V.Tereşkova küçəsində yaşayan Rəsmiyyə Yusubova redaksiyamıza idarənin başına açdığı “oyundan” şikayət edərək məktub ünvanlayıb. Belə ki, 2016-cı ilin avqust ayında yaşadığı mənzlin qapısına quraşdırılan elektron sayğac 2017-ci ilin aprel ayına kimi adi qaydada normal işləyib. Smart karta yüklənən məbləğ hesabına qaz sərfiyyatından istifadə olunub. May ayında smart karta gələn qaz xətti kəsilib. Elektron sayğaca heç bir müdaxilə etmədyimizi əsas gətirərək əraziyə gələn Lənkəran Qaz İstismar sahəsinin əməkdaşlarına sayğacda yaranan nasazlıq haqqında məlumat vermişik. Sahənin əməkdaşı Elmir Axundov sayğacın dövlət yoxlamasına göndəriləcəyini əminliklə bizə deyərək ötən illərdə qaz idarəsinə olan 414 manat debutor borcumuzu ödəmədiyimizi bildiridi. Yalnız bu ödənişdən sonra mənzilimizə yeni sayğac quraşdırılaraq təbii qazın verilməsini bərpa edəcəklərini qeyd etdi. 6 ay istismara yararlı olmayan elektron sayğac qapımızda qalsa da bun Lənkəran Qaz İstisamr sahəsi dövlət yoxlamasına göndərmədi. Hər dəfə biz soruşanda bizə köhnə borcunuzu ödyin “həll edərik” cavabı verilərək maddi sıxıntmız ucbatından biraz gözləmli olduq. Oktyabr ayında Elmir Axundovla danışıb borcumuzu tam ödəyəcəyimizi bildirərək soyu havaların düşdüyü üçün evimizdə sitilk problemini həll etməyimizi dedim. Yeni sayğacla bizi təmin edəcəyini bildirən sahə rəisi dediyi sözün üstündə durmadı. O, bizə elektron sayğacın dəyişdirilmısi üçün Lənkəran Regionla Qaz İstismar idarəsinin rəisi Hüseyn Şirinovla görüşməyimizi məsləhət gördü. Biz isə sayğacın nə üçün dövlət yoxlamasına getmədiyini soruşduqda onun icazə vermədiyini əsas gətirdi. Bu minvalla Hüseyn Şirinovun çox çətinliklə olsa da qəbuluna düşə bildik. Şirinovun qəbulunda olub başımıza gələn bu hadisəni danışdıq. Hadiədən məlumatlı olan İdarə rəhbəri bizə elektron sayğacın üzərində olan-40880 kubun necə və hansı səbəbdən yarandığını izah edə bilmədi. Hər ay karta pul yükləyərək mavi yanacaqdan istifadə etdiyimizi ona desəkdə o problemin artıq gec olduğunu və texnikaya “söz” deyə bilmədiklərini bəsit formada bizə izah etdi. Biz isə -40880 kubun 3 ilə yandırlmasını misal gətirərək. Bir vətəndaşa 12 ay ərzində 1700 kub istifadə üçün verilən mavi yanacaq aprel ayından may ayına kimi necə 3 il bir vətəndaşa veriləcək kub qədər ola bilər nəı riyazi nə də saldo ilə bizə izah edə bilmədi. Otağından mobil telefonla Elmir Axundova zəng açıb vətəndaşa niyə kömək etmədiklərini bildirdi. Elmir Axundov cavabında sayğacın dəyişdirilməsinə siz icazə verməmisiniz desə də İdarə rəisi telefonu söndürməklə kifayətləndi. Yekunda isə o, bizə kömək etməyəcəyini bildirdi. Növbəti getdiyimiz ünvan isə bizi may ayında əmin edən Elmir Axundovun rəisi Lənkəran Qaz istismar İdarəsinin rəhbəri Elnur Məmmədov oldu. Bizi səmimi qəbul edən Elnur müəllim problemimizi dinlədikdən sonra bu məsələdə bizə kömək edəcəklərini bildirdi. Ertəsi gün Məmmədov dediklərini təkzib edərək nasaz sayğacın dəyişdirlməsində əlacsız olduqlarını bildirdi. Artıq bu get-gəllərdən yorularaq aidiyyatı qurumlara müraciət edəcəyimizi onların diqqətinə çatdırıb, təxminən 100 dəfə getdiyimiz idarəni tərk etdik. Bizim hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edəcəyimizi bilən idarə əməkdaşları yenidən “fəaliyyətə” başladılar. Elmir Axundov bizə mobil telefonla zəng edərək sayğacınızın dəyişdiriləcəyini bildirib 414 manat borcunuzu tam ödəməyimizi bildirdi. Biz də bu təklifə növbəti dəfə inanıb pulu tam ödəyib bazada borcumuzu sıfırladıq. Əlimzidə olan sənədlərlə siz də tanış olun. Başımıza bu “xarab” elektron sayğac ucbatından gələn müsibətlərdən xilas olacağımızı düşündük. İki gün sonra yeni və nvböəti dəfə elektron sayğac qapımızda quraşdırılsa da kartının sabah veriləcəyi bildirildi. ( Elektron sayğac işləmirsə onun yerinə yalnız bildirişlə verilən sayğac quraşdırılmalıdır) Bu minvalla 5 gün kartın kodunun verilməsi üçün idarəyə adətimiz üzrə gedib-gəldik.Yenə də əməkdaşların “oyununun qurbanı olduğumuz bilib,onların bu əməlləri ilə bağlı aidiyyatı qurumlara müarciət etməyimizə qərar verdik. Elmir Axundov bizə adını eşidib özünü görmədiyimiz Bakıda yeni sayğaclara nəzarət edəb Rauf müəllimdən cavab gözlədiklərini bildirdi. Bizim nə sizi, nə də Rauf müəllimi gözləməyə vaxtımız və taqətimiz qalmayıb. Çünki qarşıdan qılınc kimi qış gəlir.Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.