top of page

2018-ci ilin ən təhlükəsiz avtomobilləri açıqlandı


ABŞ institutu IIHS kraş-testdə çətin vəziyyətə ən yaxşı nəticə göstərən 15 maşının adlarını açıqlayıb. Azadpress.az Fins.az-a istinadən xəbər verir ki, Amerikanın sığorta institutunun keçirtdiyi təhlükəsizlik kraş testlərindən 2018-ci ilin on beş avtomobili ən yüksək qiymət alıb. İnstitut hökumət agentliyi NHTSA-dan fərqli olaraq avtomobilləri bir proqram üzrə yoxlayıb. Maşınlar kiçik üzərinə düşən ümumi zərbə (o cümlədən sərnişin tərəfdən) dam davamlılığı təhlükəsizliyi, yan zərbə, ümumi oturacaq və başaltıları parametrlər üzrə qiymətləndirilib. Bundan əlavə, toqquşmaların qarşısının alınması sistemi test edilib. Yəni, 15 və 25 km/s sürəti ilə hərəkət edən avtomobil qarşısındakı maneəni görəndə avtomatik dayandırıla bilməlidir. Bundan başqa IIHS faraların yaxşı işıqlandırmasını yoxlayıb. Həmçinin uşaq kreslo bərkitmə sistemini qiymətləndiriblər.

Testlərdən uğurla çıxan avtmobil modelləri Toyota Camry, KIA Forte, Kia Soul, Subaru Impreza, Subaru WRX, Subaru Outback, , BMW 5 series, Genesis G90, Lincoln Continental, Hyundai Santa Fe, Mercedes-Benz GLC olub. Azadpress.az


bottom of page