top of page

ABŞ generalı Avropanı müharibə ilə qorxudur


Norveçdə olan ABŞ dəniz piyadalarının komandanı general Robert Neller regionda böyük müharibənin başlayacağı barədə əsgərlərinə xəbərdarlıq edib.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, Neller regionda ABŞ-ın hərbi gücünün genişlənəcəyini, əsgərlərin yerdəyişməsinin baş verəcəyini bildirib.“Ümid edirəm ki, yanılıram, ancaq müharibə yaxınlaşır. Buradakı hərbi varlığımız sayəsində sizlər informasiya və siyasi mübarizəyə qoşulursunuz”, - Neller qeyd edib.

Yaxın vaxtda diqqətlərin Sakit okean və Rusiyaya yönəldiləcəyini deyən Neller bunları vurğulayıb:

“Sadəcə burada olduğunuzu unutmayın. Sizin onları müşahidə etdiyiniz kimi, onlar da sizi müşahidə edir. Burada 300 dəniz piyadası var. Bu sayı bir gecədə 3 minə çıxara bilərik”.

Görünür ABŞ generalı Rusiyanın Avropanın bir sıra quru və dəniz ərazilərini işğal etmək planını bəyan edib.Son dövrlər bir sıra ABŞ hərbçiləri və siyasətçıləri Rusiyanın Baltikyanı əraziyə həmlə etmək fikrini paylaşıblar.Bu əsasla ABŞ NATO çərçivəsində Rusiya ilə sərhədyanı Avropa ölkələrində hərbi kontingentini artırır.Azadpress.az

bottom of page