top of page

Gürcüstanın baş naziri azərbaycanlı gənci örnək göstərdi


Parlamentin deputatı Savalan Mirzəyevin dünən Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsxelaşviliyə ünvanladığı suala – milli azlıq gənclərinin dövlət müəssisələrində təcrübə keçmək məsələsinə baş nazir G. Kvirikaşvili aydınlıq gətirib.

Azadpress.az GAXA-ya istinadən xəbər verir ki, Giorgi Kvirikaşvili azərbaycanlı gənclərin siyasətdə fəal olmasını diqqətə çatdırıb: “Azərbaycanlı gənclər dövlət, hökumət və bələdiyyə strukturlarında işlə təmin olunur və onların gələcəkdə də digər sahələrdə işlə təmin olunmasında heç bir maneə olmayacaq,”- baş nazir qeyd edib.

G. Kvirikaşvili gənclərin işlə təmin olunmasına nümunə parlamentin deputatı Savalan Mirzəyevi göstərib: “Savalan Mirzəyev siyasi cəhətdən savadlı və ümidverən azərbaycanlı gəncdir. O, əvvəl baş nazirin iqamətgahında işləyib və özünü baş nazirin köməkçisi kimi layiqlı vətəndaş və təcrübəli gənc kadr kimi göstərə bilib. Hazırda Savalan Mirzəyev parlamentin fəal deputatı kimi siyasətlə məşğuldur, bu da hər bir gəncə nümunədir,” baş nazir vurğulayıb.

bottom of page