top of page

"Kəklikotu"-komediya filmlərinin flaqmanıdır-FOTO-VİDEO


Həftə sonu “Cinemazadə” studiyasının istehsalı olan “Kəklikotu filminin qala gecəsi keçirilib.

Azadpress.az xəbər verir ki,Cinema Plus kinoteatrlarda yayımlanan filmin "Elektra Events Hall"dakı premyerasına ölkənin ən məşhur ulduzları axın edib.

Məşhurlar qırmızı xalı üzərində kameralara poza veriblər.Baş qəhrəmanı Müşfiq Şahverdiyev olan film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. "Kəklikotu"nda Nigar Camal,İslam Mehrəliyev, Oksana Rəsulova,Dilarə Kazımova,Fərda Amin, Elcan Rəsulov, Əlixan Rəcəbov, Aqil M Quliyev, Kənan MM kimi məşhurlar da rol alıb.

Film real hadisələr əsasında çəkilib. Meyvə-tərəvəz

satmaq üçün paytaxta gedən dayı və bacıoğlu bir nəfərə çatacaq bir kisə kəklikotunu başqasına satılmasından bəhs edilir. Ancaq kisədə kəklikotu yox,qurudulmuş marixuana olduğu məlum olub.

Kino tənqidçilərin dediyinə görə,"Kəklikotu" filmi son illər ölkəmizdə çəkilən komediya janrındakı filmlərdən peşəkarlığı ilə seçilir.Film müəyyən mal və xidmətlərin reklamına yox,konkret süjetə yönlənib.Filmin audio-vizual tərtibatı peşəkarcasına,müasir tələblərə uyğun həll edilib.

Filmin ssenari müəllifləri Vüqar Huseynov və Talıb Əhmədovdur, rejissorları Cəfər Axundzadə və Vuqar İsmayılzadə,baş prodüser Aynur Axundzadə, baş kordinatoru Zaur Darabzadə,icraçı prodüser Tural Əsədov, baş redaktoru isə Xətai Əlidir.Azadpress.az

VİDEO

bottom of page