top of page

Yaponiyadan buraxılan raket kosmosu fəth etdi


Yaponiya göyərtəsində “Shikisai” (GCOM-C) və “Tsubame” (SLATS) süni peykləri olan H-2A raketini orbitə çıxarıb. Azadpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) raketin buraxılışını birbaşa yayımla nümayiş etdirib.

JAXA-dan verilən məlumata görə, “Şikisai” meteoroloji süni peyki 800 kilometr hündürlükdə orbitə yerləşdirilərək atmosferdəki və buludlardakı mikroskopik tozu ölçəcək. Bundan əlavə, o, bitkilərin karbondioksidi mənimsəməsini və bu qazın atmosferə təsirini tədqiq edəcək.

“Tsubame” süni peyki isə eksperiment xarakteri daşıyır. Alimlər onun köməyi ilə atmosferin müqavimətinin çox güclü olduğu 200-300 kilometr hündürlükdə süni peykin işləmə qabiliyyətini araşdırmağa çalışacaqlar.

Bu buraxılışın fərqli cəhəti isə süni peyklərin raketdən müxtəlif vaxtda ayrılması olacaq.Azadpress.az

bottom of page