Gürcülər Avropada cinayətlərin törədilməsində liderdir


Avropa Komissiyası Gürcüstanın mütəşəkkil cinayətkar qruplaşmalarının Avropa Birliyi ərazisindəki fəaliyyətindən narahatdır.

Azadpress.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiya Avropa Komissiyasının Qərbi Balkan ölkələri, Gürcüstan, Moldova və Ukrayna ilə viza rejiminin liberallaşması barədə hesabatında yer alıb. Hesabata əsasən, Gürcüstan vətəndaşları Avropa ərazisində cinayətlərin törədilməsində lider olaraq qalırlar:

“Gürcü mütəşəkkil cinayətkar qruplaşmaları yüksək dərəcədə mobildirlər. Əsasən onlar mülkiyyətə qarşı cinayətlərə cəlb olunurlar və Fransa, Yunanıstan, Almaniya, İtaliya, İspaniyada aktivdirlər. Onların fəaliyyəti AB üçün təhdiddir. Belə ki, onların kriminal bazarlara nəzarəti artır və digər qruplaşmalarla əməkdaşlıq edirlər. Gürcüstan artıq cinayətkar gəlirlərin yuyulması baxımından tranzit ölkə olub”.

#gürcü #gürcüstan #avropa #oğrular

Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.